24 baxış
Bu yazını paylaşın
Siyasi

Mahmud Hacıxəlilov: Dünya Azərbaycanlılarının V qurultayı üçün məkan olaraq Şuşa şəhərinin seçilməsi bizi çox sevindirdi

19 Aprel 2022

Dünya Azərbaycanlılarının V qurultayı – Zəfər qurultayı üçün məkan olaraq Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin seçilməsi ölkə rəhbərliyinin çox doğru və düzgün qərarıdır. Ona görə düzgün qərardır ki, müqəddəs Azərbaycan torpaqlarının cənnət guşəsi olan Qarabağımızın 30 illik həsrətinə məhz Şuşada son qoyuldu. Düşünürəm ki, bu qərar xaricdə yaşayan bütün azərbaycanlıların ürəyincə olub.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna- Gürcüstan Beynəlxalq Elmi Tədris İnstitutunun prorektoru, professor Mahmud Hacıxəlilov Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ savaşında şanlı Azərbaycan Ordusunun möhtəşəm zəfər qələbəsi məhz bu məkanda oldu. Şuşa bütün dünyada yaşayan soydaşlarımız üçün ona görə müqəddəsdir ki, o, Azərbaycanın döyünən qəlbi, görən gözü, şirin nəğmə laylasının beşiyidir. Ecazkar təbiəti, möcüzəvi nağıllar dünyasını xatırladan cənnət məkan Şuşada dünya azərbaycanlılarının zəfər qurultayının keçirilməsini ürəkdən alqışlayırıq.
Qurultaydan sonra görülməsi vacib işlərdən danışan professor deyib: “Zəfər qurultayından başlıca gözləntilərimiz bütün dünyada yaşayan soydaşlarımızın müstəqil Azərbaycan ətrafında daha sıx birləşdirmək, onlara qayğı və diqqəti daima nəzarətdə saxlamaqdır. Çalışmalıyıq ki, doğma vətəndən uzaqlarda yaşayan soydaşlarımız Azərbaycan Respublikasının daha da çiçəklənməsi, dünyanın qabaqcıl və inkişaf etmiş ölkəsi sırasında olmaları üçün əllərindən gələni etsinlər”.
Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi də çalışmalıdır ki, soydaşlarımız yaşadıqları ölkədə Azərbaycan həqiqətlərini, milli mədəniyyətini, musiqisini, incəsənətini, folklorunu və s. yerli əhaliyə çatdırmasında onlara dəstək olsun, lazımi ədəbiyyat, əyani vasitə və s. ilə vaxtaşırı təmin etsin. Son illərdə mənfur düşmənlərimizin apardığı anti-Azərbaycan siyasəti artıq tam ifşa olunub. İndi artıq həqiqətləri deməyin vaxtıdır. Bildirilib ki, ilk növbədə komitə xaricdə yaşayan soydaşlarla əlaqələri gücləndirərək bəzi icmaların dondurulmuş fəaliyyətlərini hərəkətə gətirdi, onların təşkilatlanmaları yaşadıqları ölkələrin mədəni və siyasi həyatında iştirakına böyük dəstək verdi. Bu məqsədlə rəhbərlik tez-tez soydaşlarımızın daha çox yaşadığı ölkələrə səfərlər edərək onlarla görüşlər keçirdi, problemləri ilə maraqlandı.
Professor deyib ki, komitənin gürcüstandakı soydaşlarla bağlı siyasətinə də münasibət bildirib: “Azərbaycan ilə yaxın qonşu və dost olan Gürcüstanda yaşayan soydaşlarımız da daha çox diqqət mərkəzinə gətirildi. Bu da təsadüfi deyil ki, Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrə ilk səfərini də elə bu ölkədən başladı. Gürcüstanda xeyli görüşlər keçirdi, əhalinin problemləri ilə yaxından tanış oldu. Bu problemləri həll edəcəyinə vəd verdi.
“Diaspora Komitəsinin apardığı bu düzgün siyasəti, Gürcüstanda yaşayan bütün soydaşlarımız çox yüksək dəyərləndirir. Onların apardığı bu düzgün siyasi yolda komitənin işinə uğurlar arzulayırıq”, – deyə M.Həcıxəlilov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…