34 baxış
Bu yazını paylaşın
Siyasi

Mahmud Abbaszadə Müşkini: Heç bir kənar qüvvə İran ilə Azərbaycan arasındakı münasibətlərə zərər vurmaq imkanında deyil

06 May 2022

İran ilə Azərbaycan arasındakı münasibətlər qədim tarixi köklərə malikdir və heç bir kənar qüvvə bu münasibətlərə zərər vurmaq imkanında deyil.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlamentin) nümayəndəsi, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Mahmud Abbaszadə Müşkini deyib. O bildirib ki, İran Prezidenti İbrahim Rəisi qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişafını xarici siyasətin prioritet istiqaməti hesab edir. Azərbaycan İranın xarici siyasətində mühüm yer tutur və rəsmi Tehran Prezidentin müəyyən etdiyi siyasəti yürüdərək rəsmi Bakı ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam və inkişaf etdirmək istəyindədir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi İran üçün sevindirici haldır. Bir sıra İran şirkətləri işğaldan azad olunan ərazilərdə iqtisadi layihələrin həyata keçirilməsində iştirak edəcək. Bu fakt qarşılıqlı əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir.

İran parlamentinin üzvü qeyd edib ki, iki qonşu və dost ölkə arasındakı ticarət dövriyyəsinin həcmi hər il artır. Bu da iqtisadi əlaqələrin müvvəqqəti deyil, daimi xarakter daşımasından xəbər verir. M.A.Müşkini nəzərə çatdırıb ki, həm Azərbaycam Prezidenti, həm də İran Prezidenti dövlətlərimiz arasındakı sərhədi dostluq və qardaşlıq sərhədi adlandırıblar. Hər iki dövlətin rəhbərinin bu mövqeyi münasibətlərin inkişaf mərhələsində olmasını sübut edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…