20 baxış
Bu yazını paylaşın
Siyasi

“Mahir Muradov Kuboku” uğrunda konkur yarışlarının qalibləri müəyyənləşib

10 İyun 2023

“Binə Atçılıq Mərkəzinin”nin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib.

Telejurnal” ın məlumatına görə, E və M kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

E kateqoriyası üzrə 90-100 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla qüvvələrini sınayıblar. 13 idmançının iştirak etdiyi mübarizədə “Atçılıq məktəbi” klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla 1-ci, “Gilan” klubunun idmançısı Rahib İsmayılov “Aleks 1” ləqəbli atla 2-ci, “Elite” klubunun idmançısı Aydan Ağayeva “Alart-S” və “Zirvə” ləqəbli atlarla müvafiq olaraq 3-cü və 4-cü yerlərin sahibi olublar, 5-ci yerdə “Elite” klubunun idmançısı Məryəm Lütfəlibəyova “Walonka” ləqəbli atla qərarlaşıb.

M kateqoriyası üzrə hündürlüyü 120-125 sm olan yarışda 13 idmançı iştirak edib. Nəticədə “Murad” klubunun idmançısı İya Fitisova “Clima” ləqəbli atla 1-ci, “Buta Golden” klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla 2-ci, “Sərhədçi” klubunun idmançısı Anar Hümbətov “Cera 59” ləqəbli atla 3-cü, “Buta Golden” klubunun idmançısı Eqor Morotski “Guadella” ləqəbli atla 4-cü, “Gilan” klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla 5-ci yeri tutublar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…