35 baxış
Bu yazını paylaşın
İdman

Mahir Emrelinin komandası “Astana”ya qarşı, “Qalatasaray” Litva klubunu qəbul edəcək

02 Avqust 2023

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

TELEJURNAL-ın   məlumatına görə, ikinci oyun günündə keçiriləcək 8 oyunla III raundun növbəti iştirakçıları bəlli olacaq.

“Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionun qarşılaşacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olacaq. Zaqreblilər ilk matçda rəqibini darmadağın edib – 4:0.

Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini sınağa çəkəcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
2 avqust

18:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)
İlk oyun – 0:4

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa)
İlk oyun – 2:3

21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları)
İlk oyun – 0:0

21:00. “Molde” (Norveç) – HİK (Finlandiya)
İlk oyun – 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova)
İlk oyun – 0:1

21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə)
İlk oyun – 1:1

22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya)
İlk oyun – 2:0

22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva)
İlk oyun – 2:2

Qeyd edək ki, bu mərhələnin ötən gün keçirilmiş 4 cavab oyunundan sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları III raunda yüksəliblər

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…