87 baxış
Bu yazını paylaşın
Siyasi

Madagiz “Qarabağın açarı” hesab olunur – Açıqlama

04 Oktyabr 2020

Madagiz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar vilayətində Ağdərə rayonunun inzibati ərazisinə aid idi. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu Tərtər və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Düşmən bu istiqamətdən Tərtəri artilleriya atəşinə tuturdu. Bu ərazi strateji baxımdan “Qarabağın açarı” hesab olunur. Çünki Murovdağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Madagizin alınması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdam şəhərinin azadlığına yol açılır.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov “ATV Xəbər”ə açıqlamasında Madagizin strateji əhəmiyyətindən danışıb.

O bildirib ki, Madagizdə çoxlu düşmən ehtiyatları, texnika, idarəetmə məntəqələri var idi:

“Madagiz çox vacib bir istiqamətdi: həm Ağdərə, həm Sərsəng, həm də Kəlbəcər istiqaməti üçün. Oradan gələn yol nəzarət altında olur. Həm taktiki, həm strateji, həm əməliyyat cəhətdən çox vacib mövqedir. Çox vacib yaşayış məntəqəsidir. Bu yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsinə və ətraf əraziləri nəzarət altında saxlamağa çox böyük imkan yaradır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…