39 baxış
Bu yazını paylaşın
Siyasi

Macarıstan və Azərbaycan qaz tədarükü haqqında saziş imzalayıb

02 İyun 2023

Azərbayacan ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.

Telejurnal xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Facebook” hesabında yazıb.

Qeyd olunub ki, bu barədə Bakıda Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında saziş imzalanıb.

“Bu gün Macarıstanın enerji təchizatının təhlükəsizliyi artıb. Etibarlılığı təmin etmək üçün mümkün qədər yeni mənbələr cəlb edilməlidir. Qafqazdan bizə ildə 2 milyard kubmetrə qədər qaz daxil olacaq. Bu uzunmüddətli müqavilə üçün əsas ola bilər”, – deyə Siyarto bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…