39 baxış
Bu yazını paylaşın
Dünya

Macarıstan Türkmənistandan qaz tədarükündə maraqlı olduğunu bildirib

08 İyun 2023

Macarıstan Türkmənistandan təbii qaz tədarükündə maraqlıdır.

”Telejurnal.az” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə bu, Ukrayna münaqişəsi və Rusiyaya qarşı sanksiyalar fonunda Avropada yaranmış enerji böhranından çıxmağa kömək edə bilər.

Siyarto qeyd edib ki, Macarıstan türkmən qazını “Avropada enerji böhranının mümkün həlli yollarından biri kimi” hesab edir.

Onun sözlərinə görə, Türkmənistan əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.

“Türkmənistan qazını Avropaya çatdırmaq üçün hələlik heç bir yol yoxdur. Mavi yanacağın Macarıstanın enerji balansına daxil edilməsinə imkan verəcək infrastrukturun qurulmasında son dərəcə maraqlıyıq”, – deyə nazir bildirib.

Türkmənistandan Trans-Anadolu qaz kəməri ilə Avropaya qaz nəqli məsələsi artıq bu ölkə tərəfindən Türkiyə və Azərbaycanla müzakirə olunub.

Bu imkanın daha da öyrənilməsi üçün üçtərəfli memorandum imzalanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…