22 baxış
Bu yazını paylaşın
Dünya

Macarıstan Nazirlər Kabinetinin yanacağa güzəştli tariflər barədə qərarı kəskin tənqid edilir

16 İyun 2022

Budapeşt, 16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Macarıstanın Özəl Yanacaqdoldurma Stansiyaları Assosiasiyasının prezidenti Qabor Eqri yanacağın güzəştli tariflər üzrə yalnız Macarıstan nömrə nişanlı nəqliyyat vasitələrinin sahiblərinə satılması barədə hökumətin qərarını tənqid edib. həftəlik HVG jurnalına istinadla xəbər verir ki, Eqri həmin qərarın “lazımınca düşünülməmiş və həyata keçirilə bilməyən qərar” olduğunu söyləyib.

Assosiasiyanın rəhbəri deyib: “İş burasındadır ki, sürücülər yanacaq doldurarkən əvvəlcə avtomobili forsunkaya qoşur, yanacağı doldurur və yalnız bundan sonra ödəniş etmək üçün kassaya gedirlər. Əgər onlar rəsmi qiymət üzrə benzin doldurursa, lakin nömrə nişanı Macarıstana aid deyilsə, ödəniş vaxtı anlaşılmazlıq yarana bilər. Bu halda biz nə etməliyik – polis çağıraq, yoxsa yanacağı bakdan boşaldaq?”.

Qabor Eqrinin fikrincə, bu həm də istehlakçı hüquqlarının pozulması deməkdir, çünki müştərilər benzinin qiyməti barədə əvvəlcədən məlumatlandırılmalıdır. Yanacaqdoldurma stansiyalarında əvvəlcə maşının nömrəsini yoxlamaqdan başlasalar, yanacaqdoldurma prosesi çox vaxt tələb edəcək və uzun tıxaclar yaranacaq. Onun sözlərinə görə, hökumət belə bir qərar qəbul etməzdən əvvəl ekspertlər məsləhətləşməli idi.

Yay mövsümündə sakinlərin çoxu öz avtomobillərində dənizə gedir, fermerlər isə məhsul yığmağa başlayır, bu səbəbdən dizel yanacağına tələbat daha da artır.

Vəziyyəti gərginləşdirən daha bir amil ondan ibarətdir ki, yoldan görünən nişanlarda və elektron tablolarda yanacağın yalnız rəsmi qiyməti əks olunur. Lakin yanacaqdoldurma stansiyasına gələn hər kəs orada yüksək qiymət görəcək və təbii ki, təəccüblənəcək.

Lakin hökumətdə bu problemi etiraf ediblər. İndi Nazirlər Kabineti həm tıxaclar və anlaşılmazlıq yaranmaması, həm də öz ünvanına tənqidlər eşitməmək üçün güzəştlər sistemini təkmilləşdirmək barədə düşünür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…