39 baxış
Bu yazını paylaşın
Uncategorized

Lüksemburq hökuməti Azərbaycanla oyun öncəsi dronların uçuşunu qadağan etdi

12 Noyabr 2020
Lüksemburq hökuməti Azərbaycanla oyun öncəsi dronların uçuşunu qadağan etdi
Lüksemburqda beynəlxalq futbol matçlarında dronlardan istifadə qadağan edilib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, hökumət yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunun Azərbaycanla oyununda baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb.

İkinci Qarabağ müharibəsinin yenicə başa çatdığını nəzərə alan müvafiq qurumlar görüşün baş tutacağı “Jozi Bartel” stadionunun üzərində dronların uçuşuna qadağa qoyub. Qadağanı pozan şəxsləri 8 gündən 1 ilə qədər həbs cəzası və 12-248 avro məbləğində cərimə gözləyir.

Noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin “Düdelanj” – “Qarabağ” oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…