48 baxış
Bu yazını paylaşın
Dünya

“Lukaşenkonu hər dəqiqə öldürə bilərlər”

15 Mart 2023

Belarus Prezidenti Aleksandr Lukaşenkonun taleyinin Ukrayna müharibəsindən asılı olması heç kimə sirr deyil. Kiyevin qələbəsi “Batka”nın ağır məğlubiyyəti anlamına gələcək. Kreml sarsıdıcı zərbə alarsa, Lukaşenko hakimiyyəti də çökər. Belarusun dövlət başçısı bunu yaxşı anlayır. Lukaşenko son vaxtlar qeyri-demokratik ölkələrə çoxlu səfərlər həyata keçirir. O, sanki özünə gələcək sığınacaq yeri axtarışındadır.

TELEJURNAL  xəbər verir ki, “New Geopolitics Research Network”un direktoru Mixail Samus Lukaşenkonun vəziyyətinin göründüyündən də pis olduğunu düşünür. Təşkilat rəhbəri “Batka”nın daha çox rusiyalı həmkarı Vladimir Putinin tapşırıqlarını yerinə yetirdiyini deyir. Amma bu yaxınlığın da dayaqları güclü deyil.

“Lukaşenko elə adamdır ki, hər dəqiqə öldürülə bilər. Özü də bunu başa düşür. O, artıq heç kimə lazım deyil. Heç Putinə də. Çinlilər haqda ümumiyyətlə susuram. Putin onu hər yerə getməyə, hamını razı salmağa, diz çökməyi vadar edir, lap Belarusu ortaya qoymasını da istəyir”.

Samus daha çox Çinə səfərləri nəzərdə tutur. Yəni Putin Lukaşenkonu məcbur edir ki, Pekinə gedib Belarusun müstəqilliyinə kölgə salacaq təkliflər irəli sürsün.

“Nə üçün Çin hansısa Belarusu və ya Rusiyanı götürüb indi Putinin törətdiyi hərbi cinayətlərə görə özünü məsuliyyətə cəlb etsin? Mən başa düşürəm ki, çinlilər öz kommunist ideologiyasındadırlar, amma məncə, onlar reallıq hissini o qədər itiriblər ki, hara getdiklərini anlaya bilməyəcəklər. Rusiyada hər şey hərbi fəlakətə doğru gedir. Lukaşenko əsl hərbi fəlakətdən qaça bilər, amma Belarus qaça bilməyəcək”.

Mixail Samus Ukrayna müharibəsi haqda Qərb mətbuatına çox müsahibə verir. O, Kiyevin sonda qələbə qazanacağına ümidini itirmir. Təşkilat rəhbəri hesab edir ki, Rusiya Qərbin böyük dəstəyinə görə Ukrayna silahlı qüvvələrinə üstün gələ bilməyəcək. Samus Baxmutda işlər pis gedəndə də nikbinliyini qoruyur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…