28 baxış
Bu yazını paylaşın
Dünya

Lukaşenkodan İlham Əliyevə məktub

10 İyun 2023

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

“Telejurnal” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Əlamətdar tarix – Belarus ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu yubiley əməkdaşlıq sahəsində əldə olunmuş nəticələrə nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.

Sizin bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.

Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, sizə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…