35 baxış
Bu yazını paylaşın
Dünya

Lukaşenko və Qaribaşvili Ərdoğanı təbrik etdi

28 May 2023

Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı uğurlar münasibətilə təbrik edib.

Telejurnal xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

“Dünyada izlənilən çox çətin mübarizə nəticəsində əldə edilən inamlı qələbə türk xalqının etimadının ən yüksək göstəricisidir”, – Lukaşenko bildirib.

Eyni zamanda, Gürcüstan Baş naziri İrakli Qaribaşvili də Ərdoğanı qələbəsi münasibəti ilə təbriklərini çatdırıb:

“Mən Türkiyə Prezidenti və Gürcüstanın böyük dostu Rəcəb Tayyib Ərdoğanı seçkilərdə inamlı qələbə qazanması və yenidən ölkə rəhbəri seçilməsi münasibətilə təbrik edirəm. Türkiyə xalqı öz fikrini açıq şəkildə ifadə edib və biz də ona qoşuluruq. Türkiyə Cümhuriyyəti ilə Gürcüstan arasında dostluq əlaqələri və strateji tərəfdaşlıq möhkəmlənəcək, biz bunu gücləndirməyə hazırıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…