29 baxış
Bu yazını paylaşın
Dünya

Lloyd Ostin: 30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir.

21 İyul 2022

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatında) əvvəlki üç iclasının nəticələrinə görə, 30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir, bundan əlavə, daim yeni təşəbbüslər irəli sürülür.

TELEJURNAL. az AZƏRTAC -a istinadla xəbər verir ki, bunu “Ramştayn-4” görüşünün videoformatda keçirilən iclasının açılışında ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Bir ay əvvəl bu qrup Ukraynanı qorumaq öhdəliyimizi bir daha təsdiqləmək üçün Brüsseldə üzbəüz görüş keçirdi və biz bir çox ölkədən yeni təşəbbüslərin elanlarını eşitdik. Bu günə qədər 30-dan çox ölkə Ukraynaya hərbi dəstək verib”, – deyə Pentaqon rəhbəri bildirib.

O vurğulayıb ki, bu birgə səylər artıq yerlərdə vəziyyətin dəyişməsinə gətirib çıxarıb. Brüsseldəki görüşdən sonra təkcə ABŞ Ukraynaya müdafiə yardımı üçün 2,6 milyard dollardan çox vəsait ayırıb ki, bura digər silah və texnika ilə yanaşı, 12 HIMARS sistemi də daxildir. Bu da, Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü xeyli dərəcədə artırıb.

“Ukraynanın özünü müdafiə edə bilməsi üçün tarixi dəstək verməyə davam edəcəyik”, – Ostin bildirib.

O, ABŞ Administrasiyasının bu həftə Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayacağını təsdiqləyib və digər ölkələrin də fəal şəkildə qoşulduğunu qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…