56 baxış
Bu yazını paylaşın
Dünya

Liviyada heyət üzvləri arasında azərbaycanlının olduğu Türkiyə gəmisi saxlanıldı

08 Dekabr 2020

 Liviyada heyət üzvləri arasında azərbaycanlının olduğu Türkiyə gəmisi saxlanıldı

Liviya Milli Ordusunun qüvvələri ölkənin sahillərində Yamayka bayrağı altında üzən türk gəmisini saxlayıb.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun nümayəndəsi, general-mayor Əhməd əl-Mismari bildirib.

Əhməd əl-Mismari qeyd edib ki, “Mabrouka” adlı ticarət gəmisi Liviyanın qərbindəki Misrata şəhərinin limanına doğru üzürmüş, amma Derna yaxınlığında saxlanılıb.

“Onlar gəmiyə zəng etdilər, amma hər hansı cavab almadılar”, – deyə Mismari bildirib.

O, “El-Hades” televiziya kanalına açıqlamasında qeyd edib ki, Haftarın dəniz qüvvələrinin nümayəndələri qayıqla yaxınlaşaraq dəniz qaydalarını pozan gəmiyə miniblər. Gəmidəki yük ancaq dərman vasitələrindən ibarət olub və Misrata çatdırılmalı imiş.

General-mayorun sözlərinə görə, gəminin kapitanı qaydalara riayət etməyib və icazə olmadan qadağan olunmuş əraziyə daxil olub. “Gəmidə silah müəyyənləşdirilməyib”, – o əlavə edib.

Əhməd əl-Mismari qeyd edib ki, gəminin ekipajı 17 nəfərdən ibarətdir, onlardan doqquzu Türkiyə, yeddisi Hindistan və biri Azərbaycan vətəndaşıdır.

Məlumata görə, saxlanılanların vəziyyəti yaxşıdır. Qeyd edilir ki, buna görə gəmini yalnız cərimə gözləyir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…