32 baxış
Bu yazını paylaşın
Dünya

Livanda bankların fəaliyyəti dayandırılıb

21 İyul 2023

Livan Bankları Assosiasiyası (ALB) narazı əmanətçilərin yeni hücum dalğası səbəbindən müştərilərinə xidmətlərin müvəqqəti dayandırıldığını elan edib.

TELEJURNAL  xəbər verir ki, bu barədə Livan Bankları Assosiasiyasının yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, işçilərin təhlükəsizliyi və maddi ziyanın qarşısını almaq məqsədilə iyulun 21-i cümə günündən bank qurumlarının qapıları qeyri-müəyyən müddətə bağlanacaq.

İyulun 18-də naməlum şəxs “Kredit Libanais” bankının Şxim şəhərindəki filialına qumbaraatanla daxil olaraq 3 il əvvəl maliyyə böhranı səbəbindən dondurulmuş hesabdan 35 min dolların ona qaytarılmasını tələb edib.

Müalicə üçün ödəməli olduğu məbləğin bir hissəsini alan cinayətkar mühafizəçilərə təslim olub. Oxşar hadisələr iyulun 19 və 20-də Antelyas, Beyrut və Bint-Cbeyldə baş verib. Çərşənbə günü assosiasiya səlahiyyətli şəxslərdən bank ofislərinin hücumlardan qorunmasını tələb edib, lakin hökumət müvafiq tədbirlər görməyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…