24 baxış
Bu yazını paylaşın
Dünya

Litva Ukraynaya zirehli transportyorlar və sursat göndərəcək.

21 İyul 2022

Litva yaxın vaxtlarda Ukraynaya əlavə hərbi dəstək – “M113” və “M577” zirehli transportyorları, həmçinin digər sursatlar verəcək.

TELEJURNAL. az Report-a  istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Arvidas Anuşauskasın sözlərinə görə, “M113” Ukrayna Silahlı Qüvvələrinin mühüm hissəsinə çevrilir və Litva buna mühüm töhfə verir.

“Hazırda Kiyev tərəfindən hərbi polisin, minalardan təmizləmə üzrə mütəxəssislərin hazırlanması üçün sorğu təqdim olunub. Litva ordusu, həmçinin təlimatçılar göndərməklə Böyük Britaniyada ukraynalı kadrların genişmiqyaslı təliminə töhfə verəcək”, – A.Anuşauskas NATO-nun Ukraynaya Dəstəyin Koordinasiyası Qrupunun distant iclasında deyib.

Litva artıq Ukraynaya “Stinger” hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar, zirehlər və dəbilqələr, 120 mm-lik minaatanlar, atıcı silahlar, döyüş sursatları, termoqrafik kameralar, pilotsuz uçuş aparatları, anti-dronlar, müşahidə radarları, “M113” zirehli transportyorları, yük maşınları, yolsuzluq avtomobilləri verib.

Ümumilikdə Litvanın Ukraynaya hərbi yardımı təxminən 123 milyon avro təşkil edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…