20 baxış
Bu yazını paylaşın
Dünya

Litva Seymi Rusiyanın “Moskoviya” adlandırılmasını təklif edib

19 May 2023

Litva Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsini nəzərdən keçirir.

Telejurnal “Verslo Zinios”a istinadən xəbər verir ki, bunu Litva Seyminin komitə rəhbəri Raymundas Lopata bildirib.

Belə ki, Seymin Gələcəyi Komitəsi Rusiyanın coğrafi adının dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayır.

Lopatanın sözlərinə görə, Litva siyasətçiləri Rusiya Federasiyasının tarixi ilə bağlı məruzəsini Seymə təqdim edəcək tarixçi Alfred Bumblauskasın tədqiqatları əsasında həll yolunu axtaracaqlar.

“Biz Rusiyanı Rusiya adlandırırıq, ona görə ki, o, özünü ilk növbədə belə adlandırır. Ənənəvi olaraq Rusiya adlandırdığımız ölkənin dəqiq adının müəyyənləşdirəcəyik”, – Lopata deyib.

Qeyd edilir ki, “Moskoviya” Qərb mənbələrində Rusiya dövlətinin siyasi-coğrafi adıdır, XV-XVIII əsrin əvvəllərində “Rusiya” etnoqrafik adı ilə paralel olaraq müxtəlif adlar işlənib. Bununla yanaşı, Moskva knyazlığının latınca adı “Moskoviya” olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…