28 baxış
Bu yazını paylaşın
Dünya

Litva qələbəyə qədər Ukraynaya hərbi, humanitar və maliyyə yardımı göstərəcək.

29 İyul 2022

“Bu gün Litva Ukraynanı bütün imkanları ilə dəstəkləyir: hərbi, humanitar və maliyyə yardımı göstərilir və bu, Rusiyanın başladığı müharibədə Ukrayna qələbə çalana qədər davam edəcək”.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda Ukrayna Ali Radasının plenar iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Rusiya genişmiqyaslı müharibəyə başlayandan bütün Litvanı Ukraynaya kömək etmək arzusu birləşdirib, özü də təkcə hakimiyyət orqanları deyil, həm də sadə litvalılar, biznes nümayəndələri və qeyri-hökumət təşkilatları tərəfindən ümumi səylər göstərilir.

“Litva Ukraynaya bu müharibədə qalib gəlməyə kömək edəcək. Biz Rusiyanın imperiya ambisiyalarının bütün regionun təhlükəsizliyinə yaratdığı təhlükəni yaxşı başa düşürük. Tarixi təcrübə bizə göstərir ki, Moskva tiranının qarşısı vaxtında alınmalıdır. Biz köhnə səhvləri təkrarlamağa imkan verə bilmərik”, – Litva Prezidenti bildirib.

Q.Nausėda əmin edib ki, Litva Ukraynaya uzunmüddətli dəstəyi təmin etmək və Rusiyanın bu müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq üçün tərəfdaşları və müttəfiqləri ilə işləməyə davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…