34 baxış
Bu yazını paylaşın
Siyasi

Litva Prezidenti: “Vaqner” ölkəmizlə sərhəddə təxribat törədə bilər”

31 İyul 2023

“Vaqner” Xüsusi Hərbi Şirkəti ölkəmizlə sərhəddə təxribat törədə bilər. Onlar bizim üçün ciddi təhdiddir”.

TELEJURNAL   xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, belə bir təhlükəni istisna etmək olmaz: “Litva, Polşa və Latviyaya qarşı təxribatlar mümkündür. “Vaqner”in Afrikaya gedəcəyinə dair məlumatların olmasına baxmayaraq, bu ssenari də mümkündür. Ona görə təhlükə ciddidir”.

G.Nausedanın sözlərinə görə, “Vaqner”in silahlı qiyamından sonra Litva əlavə təhlükəsizlik tədbirləri görüb: “Ona görə də vəziyyət hazırda nəzarət altındadır. Lazım gəlsə, Litva ordusu sərhədçilərin köməyinə gələcək. Bunun üçün heç bir maneə yoxdur”.

Qeyd edək ki, son günlər “Vaqner”çilərin kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…