20 baxış
Bu yazını paylaşın
İctimai

Leysan yağacaq, dolu düşəcək

27 May 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 27-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı: Şəki 53.0 mm (aylıq normanın 51 %-i), Qax 38.0 mm, Gədəbəydə 32.0 mm, Mingəçevirdə 30.0 mm (aylıq normanın 66 %-i), Sədərəkdə 17.0 mm, Altıağacda 10.0 mm, Yevlax, Naftalan, Göygöl, Ordubad, Naxçıvan, Lerikdə 7.0 mm, Tovuzda 6.0 mm, Oğuz, Daşkəsən, Şahbuzda 4.0 mm, İsmayıllı, Qobustan, Gəncədə 3.0 mm, Şabran, Balakəndə 2.0 mm, Culfa, Şəmkir, Ağstafa, Zaqatala, Şahdağ, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1.0 mm-dək olub.

Külək: Cənub-qərb küləyi arabir Daşkəsən, Göyçayda 25 m/s, Mingəçevirdə 21 m/s, Gəncə, Tərtər, Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Cocuqmərcanlı, Sədərəkdə 16 m/s, Şirvan, Yevlaxda 15 m/s-dək güclənib.

 

Havanın temperaturu: Mayın 26-da iqlim normasından 3.4° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-29° isti, Naxçıvanda 28°-dək isti, dağlıq rayonlarda 20-25° isti, yüksək dağlıq ərazilərdə 13°-dək isti, aran rayonlarında 34°-dək isti olub.

 

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…