56 baxış
Bu yazını paylaşın
Siyasi

Leyla Abdullayeva: Ermənistanın davamlı olaraq qeyri-konstruktiv yanaşma sərgiləməsi onun əsl niyyətini üzə çıxarır

23 Mart 2022

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Qarabağa qaz təminatı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü növbəti əsassız iddiasına münasibət bildirib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.
Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.
Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqazidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin, beləliklə, regional sülhə və əmin-amanlığa töhfə versin.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…