19 baxış
Bu yazını paylaşın
Siyasi

Leyla Abdullayeva: Ən təhlükəsiz nəqliyyat növündən istifadə edilərək azərbaycanlıların təxliyəsi həyata keçirilir

02 Mart 2022

Ukraynada yaranmış vəziyyətlə əlaqədar oradakı Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən – Moldova, Polşa, Slovakiya, Rumıniya və Macarıstan istiqamətlərində sərhədləri keçərək Ukraynanı tərk etmək imkanları var.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib.
XİN-in sözçüsü bildirib ki, vətəndaşların məhz bu istiqamətlərdən keçidi üçün müvafiq viza rejiminin tətbiqi müvəqqəti olaraq aradan qaldırılıb. Vətəndaşlar yalnız səyahət sənədlərini və pasportlarını təqdim edərək sərhədləri keçə bilirlər. Eyni zamanda, sərhədi keçən vətəndaşlardan COVID-19 vaksin pasportu və PCR testinin nəticəsi də məcburi tələb olunmur.
“Diplomatik nümayəndəliklər və fəxri konsulluqlar, ilk növbədə, Ukrayna hökuməti ilə əlaqə saxlayaraq ən təhlükəsiz marşrut və nəqliyyat növündən istifadə etməklə azərbaycanlıların təxliyəsini həyata keçirirlər”, – deyə L.Abdullayeva əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…