53 baxış
Bu yazını paylaşın
Dünya

Levon Ter-Petrosyan ölkədə qanlı qarşıdurma olacağını bəyan etdi

06 Dekabr 2020

Levon Ter-Petrosyan ölkədə qanlı qarşıdurma olacağını bəyan etdi

Levon Ter-Petrosyan

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın mitinqdəki çıxışını şərh edib.

Bu barədə Telejurnal.az Report-a istinadən xəbər verir.

Vazgen Manukyan bildirib ki, baş nazir Nikol Paşinyan nə qədər tez istefa edərsə, onun üçün daha yaxşı olacaq. Onun sözlərinə görə, qəzəbli insanlar Paşinyanı parçalayacaq. Ter-Petrosyan hesab edir ki, müxalif siyasətçinin sözləri son dərəcə təhlükəlidir və bu cür şiddət vətəndaş müharibəsi ilə nəticələnə bilər:

“Bunlar sadəcə sözlər olsaydı, narahatlığa səbəb olmazdı. Ancaq Manukyan minlərlə tərəfdarı ilə baş nazirin iqamətgahını əhatəyə alıb və onun çıxışı açıq şəkildə zorakılığa hazır olduqlarını göstərir. Baş nazirin vəzifəsi də az təhlükəli deyil. Onun ritorikası və davranışı, vəzifədən getmək istəməməsi qarşıdurmaya hazır olduğunu göstərir. Hər iki tərəf qərarlı olarsa, münaqişə qaçılmazdır.

Hər ikisinin də parlamentə “basqın” etmək təcrübəsi var – 1996-cı ildə Manukyan, 2018-ci ildə Paşinyan. Ancaq 2018-ci ildə iqtidar hakimiyyəti Paşinyana tapşırmışdısa, bu gün mövcud baş nazirin bənzər bir addım atmağa hazırlıq görmədiyi açıq görünür”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…