702 baxış
Bu yazını paylaşın
İctimai

Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

05 Sentyabr 2022

Lerik rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

“TELEJURNAL.AZ” “Report”a  istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə sentyabrın 4-də rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə rayonun Göyşaban kənd sakini – Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri – Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib. Sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…