39 baxış
Bu yazını paylaşın
Uncategorized

Lavrov: “Üç liderin Qarabağla bağlı bəyanatını şübhə altına almaq cəhdləri qəbuledilməzdir”

21 Noyabr 2020
Lavrov: “Üç liderin Qarabağla bağlı bəyanatını şübhə altına almaq cəhdləri qəbuledilməzdir”

Sergey Lavrov

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı bir neçə həftə əvvəl çox kəskin xarakter alan böhrandan çıxmağın alternativsiz, yeganə yoludur və bu, hamı tərəfindən qəbul edilib”.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın qurumlararası nümayəndə heyətinin Ermənistana səfərinin yekununda deyib.

“Müzakirələr zamanı bu bəyanatın təkcə ölkə daxilində deyil, həm də ondan kənarda şübhə altına salınması cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulandı. Bu bəyanatın işləməyə davam etməsi üçün hər şeyi etməyə qərarlıyıq”, – o bildirib.

Rusiya XİN başçısı həmçinin nümayəndə heyətinin Yerevandakı danışıqlar zamanı əsas diqqəti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatının aydın və tam yerinə yetirilməsi məsələlərinə yönəltdiklərini söyləyib.

Lavrov əlavə edib ki, Ermənistanın baş naziri və prezidenti Rusiya nümayəndə heyəti ilə görüşlərdə Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiq olduqlarını təsdiqləyiblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…