63 baxış
Bu yazını paylaşın
Uncategorized

Lavrov: Dağlıq Qarabağ münaqişəsini tənzimləmə çərçivəsində yoxlama mexanizmləri hazırlanır

15 Oktyabr 2020
Oktyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri tərəfindən qəbul edilmiş bəyanatda xüsusilə vurğulanıb ki, atəşkəs rejiminə əməl olunmasına nəzarət mexanizmləri əlavə olaraq hazırlanacaq.
Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı ilə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin kəskin xarakterini, hərbi əsirlər və saxlanan şəxslər probleminin kəskinliyini və əlbəttə ki, meyitlərin yaxınlarına təhvil verilməsi zərurətini nəzərə alaraq bu cür yoxlama mexanizmlərinin hazırlanmasını ləngitmək olmaz:
“Hazırda bununla bağlı iş gedir. Rusiya bu prosesdə iştirak edir, həmsədrlər müvafiq yardım göstərir və təmasda olduğumuz Beynəlxalq Qırmızı Xaç Komitəsi də bölgədə vəziyyət sabitləşən kimi qoşulmağa hazırdır”.
Rusiyanın tənzimləmə prosesində gələcək iştirakına gəldikdə nazir vurğulayıb ki, ölkə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi bu məsələ ilə aktiv məşğul olacaq.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…