125 baxış
Bu yazını paylaşın
Dünya

Laurentsiu Regekampf: Çox vacib üç xal qazandıq

08 Avqust 2022

Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün bir az çətin dövrdür. Oyunun start heyətində əsasən ikinci heyətin oyunçularına üstünlük verdik. Onlar da təcrübə qazanmalıdırlar. Əsas düşüncəmiz UEFA Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanmaqdır.

TELEJURNAL xəbər verir ki, bu sözləri “Neftçi” futbol klubunun baş məşqçisi Laurentsiu Regekampf “Şamaxı” ilə keçirilmiş oyundan sonra mətbuat konfransında söyləyib.

“Stadionun ot örtüyü süni olduğu üçün oyunçularımın zədələnmələrindən ehtiyatlanırdım. Bu gün qapıçımız zədələndi. Ümid edirəm ki, Aqil tezliklə komandaya qoşulacaq. Hazırda bizim iki qapıçımız var. Vəziyyət çətindir. Bir daha bütün oyunçuları qələbə münasibətilə təbrik edirəm. Bu, bizim “Rapid”lə görüş üçün planımıza uyğun idi. Çox vacib üç xal qazandıq”, – deyə təcrübəli baş məşqçi bildirib.

Şans verdiyi gənclərin müsbət təsir bağışladığını qeyd edə rumıniyalı mütəxəssis deyib: “Fasilə zamanı futbolçulara dedim ki, özlərinə daha çox inanmalıdırlar. Onların çoxu gənc oyunçulardır. Bu, onların əsas heyətdə birlikdə oynadıqları ilk rəsmi matç idi. Çox aqressiv idik. Topu itirdikdən sonra dərhal geri almağa çalışırdıq və topa nəzarət də bizdə idi. Düşünürəm ki, onlar oyundan oyuna daha yaxşı olacaqlar”.

Qeyd edək ki, “Neftçi” klubu “Şamaxı” ilə səfər oyununda 1:0 hesabı ilə qələbə qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…