44 baxış
Bu yazını paylaşın
Siyasi

Latviyalı deputat: “Etiraz aksiyası Azərbaycanın ekoloji monitorinq keçirməsinə mane olmaq cəhdlərinə qarşı yönəlib”

22 Dekabr 2022

“Ekoloji fəalların Xankəndi-Laçın yolunda keçirilən aksiyası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində ekoloji monitorinq keçirməsinə mane olmaq cəhdlərinə qarşı yönəlib”.

TELEJURNAL xəbər verir ki, Latviya parlamentinin üzvü, bu ölkənin keçmiş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib.

“Bir neçə gündür ki, azərbaycanlı ekoloji fəalların Xankəndi-Laçın yolunda dinc etiraz aksiyası keçirməsi ilə bağlı məlumatlar alırıq. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun onlarla görüşməsini və Azərbaycanın mülki missiyası ilə bağlı gələcək insidentlərin qarşısının alınmasına təmin etməsini tələb ediblər. Biz dəfələrlə Rusiya sülhməramlılarının öz tapşırıqlarının öhdəsindən gəlməməsi ilə bağlı bəyanatlar eşitmişik. Bu səbəbdən, Rusiya sülhməramlılarının hərəkətsizliyi Laçın yolunda yeni şərait yaradacaq”, – o bildirib.

Latviya parlamentinin deputatı Ermənistanın üçtərəfli bəyanatın müddəlarını yerinə yetirməli olduğunu vurğulayıb: “Bu müddəalara sərhədlərin delimitasiyası, erməni silahlılarının bölgədən çıxarılması, sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması daxildir”.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür davam edir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…