30 baxış
Bu yazını paylaşın
Dünya

Latviya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

07 Mart 2023

 

Latviya Prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb.

Bu barədə TELEJURNAL  Latviya Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilib ki, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq.

O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək.

Qeyd olunub ki, həmçinin Latviya Prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ.Kruminas və R.Deqatinin sərgilərinə baş çəkəcək.

Eləcə də E.Levitsin Yazep Medınışa həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak edəcəyi nəzərdə tutulur.

“30 ildir ki, Latviya və Azərbaycan arasında sıx ikitərəfli münasibətlər var. Azərbaycan Prezidentinin və Qlobal Bakı Forumunun təşkilatçılarının dəvəti ilə baş tutacaq səfər iki ölkəyə regional təhlükəsizliyə dair cari çağırışları, həmçinin bərpa olunan enerji sahəsində ümumi tərəqqi nəzərə alınmaqla enerji sektorunda əməkdaşlığı müzakirə etmək imkanı verəcək”, – məlumatda qeyd edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…