40 baxış
Bu yazını paylaşın
Siyasi

Latviya Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

28 Aprel 2022

Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Azərbaycana səfəri çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki,qonaqlara Mərkəzin regional təhlükəsizlik, Ukrayna qaçqın və humanitar krizisi ilə bağlı fevral-aprel aylarında Rumıniya, Moldova, Bolqarıstan və Polşada yerləşən qaçqın düşərgələrinə baş tutan səfərlər, IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı Yunanıstanda təşkil olunmuş XXIII Ali Səviyyəli toplantı, o cümlədən IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı Bosniya və Herseqovina, Sloveniya, Albaniya, Şimali Makedoniya və Türkiyədə mərkəzin üzvlərinin keçirdikləri toplantılar haqda məlumat verilib.

Artis Pabriks iyun ayında keçiriləcək IX Qlobal Bakı Forumuna dəvət edilib və qonaqlara Mərkəzin həmsədrləri olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər” və Dünya Bankının sabiq Vitse-Prezidenti olan cənab İsmayıl Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” kitabları və hədiyyələr təqdim olunub.

O cümlədən qonağa Mərkəzdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgisi təqdim olunub.

A.Pabriks, Mərkəzin may ayında Riqada səfərdə olacaq Baş Katib və üzvlərini qəbul edərək daha ətraflı fikir mübadiləsi aparacağı razılaşdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…