19 baxış
Bu yazını paylaşın
Siyasi

Laçında yaradılacaq müəssisələrdə 1200 nəfərin işlə təmin olunması planlaşdırılır

15 İyun 2023

Laçın şəhər sakinlərinə dəstək məqsədilə yaradılacaq (qida, sənaye, yaradıcılıq, tədris, turizm, tekstil və digər xidmətlər) müəssisələrdə 1200 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

“Telejurnal “ın məlumatına görə, hazırda 260 nəfər Laçın şəhər sakinləri təlimlərə cəlb olunaraq işə qəbul olunub.

Laçına köçən və işlə bağlı müraciət edən sakinlərə uyğun vakansiyalar təklif olunur və heç bir məhdudiyyət qoyulmur.

Mətbuatda iş problemi ilə fikirləri getmiş Könül Nəcəfovanın həyat yoldaşı İskəndər Nəcəfov və övladı Emil Nəcəfov yüksək əmək haqqı ilə işlə təmin olunublar. O cümlədən, Gündüz Təhməzov və ailə üzvlərinin də müraciətlərinə baxılaraq işlər təklif olunub. Lakın təklif olunan iş Gündüz Təhməzovun sağlamlıq durumuna uyğun olmadığı üçün başqa işlə təmin olunmasını xahiş edib və bununla bağlı da tədbirlər görülür.

Laçın şəhərinə köçürülən sakinlərin işlə təmin olunması üçün bütün lazımı tədbirlər görülür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…