14 baxış
Bu yazını paylaşın
Siyasi

Küveyt qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin Milli Qurtuluş Günü ilə bağlı bəyanatını dərc edib

16 İyun 2022

15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Küveytin geniş oxucu kütləsinə malik olan “Əlvasat” qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin xalqımızın Milli Qurtuluş Günü ilə bağlı bəyanatını dərc edib.

bəyanatda Azərbaycan xalqının iyunun 15-də dahi siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevə bir daha dərin ehtiramını ifadə etdiyi qeyd olunub. Səfirlik Küveyt ictimaiyyətinin diqqətinə çatdırıb ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ümummilli Liderin müdrik siyasəti ölkəmizi dərin böhran və xaosdan xilas edib, yeni tərəqqi erasının əsasını qoyub. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev öz xalqına və Vətəninə bağlı, dünyanın nüfuzlu siyasətçiləri sırasında özünəməxsus yeri olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi olub. Məhz bu səbəbdən gənc nəsil də ona dərin ehtiram bəsləyir, Ulu Öndərin vəsiyyətlərinə əməl edir.

Bəyanatda ötən əsrin 90-cı illərinin əvvəlində sovet hakimiyyətinin süqutundan sonra Azərbaycanın qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalması, həmin dövrdə ölkədə yaranmış xaos və vətəndaş müharibəsi təhlükəsi barədə məlumat verilib, Naxçıvandan Bakıya gələn Heydər Əliyevin uzaqgörənliyi və böyük siyasi təcrübəsi sayəsində bu çətin problemlərin həll olunduğu, ölkəmizin inkişaf və demokratik dövlət quruculuğu yoluna qədəm qoyduğu vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…