42 baxış
Bu yazını paylaşın
Dünya

Kütləvi hücumda Rusiyanın “Şahed” pilotsuz təyyarələri məhv edilib – Baş Qərargah

28 Mart 2023

Ukrayna müdafiəçiləri Rusiya Federasiyasının gecə saatlarında buraxdığı 15 “Şahed” pilotsuz uçan hücum təyyarəsindən 14-nü məhv edib.

 

TELEJURNAL  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsindəki operativ məlumatında deyilir.

“Gecə saatlarında düşmən hava zərbələri üçün “Şahed-136” tipli 15 pilotsuz uçan hücum aparatından istifadə edib. Onlardan 14-ü müdafiəçilərimiz tərəfindən məhv edilib”, – deyə mesajda bildirilir.

Eyni zamanda, son 24 saat ərzində düşmən 24 hava və 12 raket zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 55 hücum həyata keçirib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı ayrıca olaraq Kiyev ətrafındakı hava məkanında hava hücumundan müdafiə qüvvələrinin Rusiya Federasiyasının gecə hava hücumu zamanı ona yaxın “Şahed” PUA-sını aşkar edərək məhv etdiyini bildirib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı 12 “Şahed” pilotsuz təyyarəsinin və bir “Qranat-4” kəşfiyyat aparatının məhv edilməsi barədə məlumat vermişdi.

2023-cü il martın 27-də axşam saatlarında Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib.

Kiyevin Obolonski və Svyatoşinski rayonlarında və Dnepropetrovsk vilayətində partlayışlar baş verib.

Svyatoşinski rayonunda PUA qırıntılarının düşməsi nəticəsində qeyri-yaşayış binasında yanğın baş verib.

Yanğın söndürülüb. Yenilənmiş məlumatlara görə – itki yoxdur.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası mütəmadi olaraq İranın kamikadze pilotsuz təyyarələrini almağa başlayıb və sonra onlardan Ukraynaya hücum üçün istifadə edir. Təkcə martın əvvəlindən işğalçılar Ukraynada ən azı 71 Şahed tipli pilotsuz uçan aparatı buraxıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…