269 baxış
Bu yazını paylaşın
Siyasi

Kürdəmirə də yeni başçı təyin olundu

18 Fevral 2022

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirə yeni icra başçısı təyin edib. 

“TELEJURNAL” “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda vəzifədən azad edilib, elə həmin vaxt həbs edilib. 2021-ci ilin oktyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham edilib.

Qeyd edək ki, yeni təyin edilən icra başçısı Elxan İbrahimov bundan əvvəl Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…