209 baxış
Bu yazını paylaşın
Dünya

KTMT kontingentinin Qazaxıstandan çıxarılmasına başlanıldı

13 Yanvar 2022

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları mühafizə etdikləri sosial əhəmiyyətli obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.

“TELEJURNAL” “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Sülhməramlılar texnika və materialları təyyarəyə yükləmək və daimi dislokasiya məntəqələrinə çatdırmaq üçün hazırlayırlar.

Qeyd edək ki, KTMT-nin sülhməramlı kontingentinin bu gündən etibarən Qazaxıstandan çıxarılmasına başlanılıb. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-i parlamentin iclasında məlumat vermişdi: “İki gündən sonra KTMT-nin vahid sülhməramlı kontingentinin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Bu proses 10 gündən çox çəkməyəcək”.

Xatırladaq ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…