24 baxış
Bu yazını paylaşın
İdman

“Krus Asul”un hücumçusu ilə maraqlanan Azərbaycan klubunun adı açıqlanıb

02 Avqust 2023

Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə maraqlanan Azərbaycan komandasının adı açıqlanıb.

TELEJURNAL  xəbər verir ki, argentinalı insayder Sezar Luis Merlo sosial şəbəkə səhifəsində 27 yaşlı hücumçunun “Neftçi”nin transfer gündəmində olduğunu paylaşıb.

Onun sözlərinə görə, “ağ-qaralar”la yanaşı, Yunanıstanın “Volos” və Argentinanın “Taleres” klubu da Lottini heyətə qatmaq niyyətindədirlər. Lakin futbolçu özü Avropaya köçməyi planlaşdırdığını “Krus Asul” rəhbərliyinə bildirib. “Neftçi”nin onu icarəyə götürməsi nəzərdən keçirilir.

Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…