17 baxış
Bu yazını paylaşın
Siyasi

Krneviç: “Mişelin bəyanatı Qarabağ ermənilərinin separatçı ümidlərinin puça çıxmasından xəbər verir”

17 May 2023

“Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin mayın 14-də Brüsseldə baş tutan görüşdən sonra verdiyi bəyanat Qarabağ ermənilərinin və onların havadarlarının separatçı ümidlərinin puça çıxmasından xəbər verir”.

Bunu  açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

Azərbaycanın 2022-ci ilin fevralında irəli sürdüyü və gələcək sülh sazişinin əsaslanmalı olduğu beş əsas prinsip danışıqların əsası predmeti olmaqda davam edir.

“Bəyanatda qeyd olunub ki, Əliyev və Paşinyan 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini təsdiqləyiblər. Bəyanatda hər iki ölkənin ərazisinin neçə kvadrat kilometr olmasının göstərilməsi Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması deməkdir. Bu isə açıq şəkildə Qarabağ ermənilərinin və onların havadarlarının separatçı ümidlərinin puça çıxmasından xəbər verir”, – o bildirib.

Politoloqun fikrincə, Şarl Mişelin bəyanatının Zəngəzur dəhlizi ilə bağlı bəndi çox ümidvericidir.

“Sənəddə hələ tamamlanmalı olan bəzi məsələlər var ki, bura gömrük razılaşmaları və tikinti işlərinin konkret qrafiki də daxidir. Amma sənəddə qeyd olunur ki, Əliyev və Paşinyan müvafiq qruplara bunu həyata keçirmək üçün göstəriş verməyə razılaşıblar. Bu o deməkdir ki, Mişel, onun komandası və hətta amerikalılar sülh prosesində real tərəqqiyə nail olmaq üçün Ermənistanın öz öhdəliklərindən geri addım atmamasına təkid edəcəklər”, – Krneviç bildirib.

Politoloq bəyanatda Laçın yolunun xatırlanmamasını xüsusilə vurğulayıb.

“Düşünürəm ki, burada hər şey ayındındır: Ermənistanı Qarabağla heç nə bağlamır. İkincisi, Mişelin bəyanatında nə sərhədlərin delimitasiyası, nə də Qarabağın erməni əhalisi kontekstində yerlərdə hər hansı yeni xarici müşahidəçi missiyası ilə bağlı heç nə deyilmir”, – ekspert əlavə edib.

D.Krneviç hesab edir ki, Azərbaycan tərəfindən Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin hazırlanması səmərəli standartdır və Aİ bu təşəbbüsü təşviq edir.

“Düşünürəm ki, bütün bunlar sülhün heç vaxt bu qədər yaxın olmadığını deməyə əsas verir. Ancaq yenə də çox şeylər baş verə bilər. Nazirlərin Moskvada keçiriləcək görüşü növbəti addımdır. Ola bilsin ki, Brüssel və ABŞ da başqa görüşlər təşkil etsin, amma ümumilikdə tendensiya müsbətdir”, – Damian Krneviç yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…