29 baxış
Bu yazını paylaşın
İdman

Kriştianu Ronaldu: “Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür”

18 İyul 2023

“Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür”.

Telejurnal  xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu “Metro” nəşrinə müsahibəsində deyib.

Portuqaliyalı hücumçu Lionel Messinin ABŞ təmsilçisi “İnter Mayami”yə keçidi ilə bağlı sualı cavablandırarkən çıxış etdiyi liqanın daha üstün olduğunu bildirib: “Səudiyyə Ərəbistanı liqasına keçdiyim üçün məni tənqid edirdilər. Bəs nə oldu? Bu çempionata yol açdım, indi bütün oyunçular bura gəlir. Bir ildən sonra bu liqa Türkiyə və ya Niderland çempionatını keçəcək”.

39 yaşlı forvard Avropaya qayıtmayacağını da sözlərinə əlavə edib: “Məncə, Avropa futbolu keyfiyyətini çox itirib. Orada digərlərindən daha yüksək səviyyədə olan yeganə çempionat İngiltərə Premyer Liqasıdır. Əminəm ki, daha Avropada oynamayacağam”.

Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə 16 oyunda 14 qol vurub, 2 məhsuldar ötürmə verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…