163 baxış
Bu yazını paylaşın
İctimai

Kristian Listeş: “Ferentsvaroş” “Qarabağ”la oyunu səhvsiz tamamlamalıdır”

09 Avqust 2022

“Bu matçda konsentrasiya çox vacibdir. Komanda görüşü səhvsiz tamamlamalıdır”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu “Ferentsvaroş”un sabiq futbolçusu Kristian Listeş Macarıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə “Nemzetisport”a açıqlamasında deyib.

46 yaşlı keçmiş yarımmüdafiəçi “köhlən atlar”ın bacarıqlı oyunçularının olduğunu bildirib: “Onların yaxşı sürəti var. Bundan əlavə, iki əsas oyunçuları da geri qayıdıb. İlk oyunda yüksək rütubət var idi və şərtlər çətin idi. Amma hər iki komanda balanslı matç oynadı. İndi də eynisini gözləyirəm. Çox yaxın mübarizə olacaq, amma optimistəm”.

Listeş meydan sahiblərinin yaxşı formada olduğunu söyləyib: “Futbolçular motivasiyalıdır və möhtəşəm azarkeşlərimiz komandaya kömək edə bilər. Məqsəd yalnız Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Komanda “Qarabağ”ı keçsə, Avropa Liqasının qrupuna düşəcək. Bu da kiçik uğur deyil”.

Macarıstan yığmasının sabiq üzvü qarşılaşmanın çətin keçəcəyini diqqətə çatdırıb: “Qarabağ” topa sahib olmağı sevir. Bu baxımdan komandaların üslubları arasında elə böyük fərq olduğunu düşünmürəm. Stanislav Çerçesovun hansı taktikadan istifadə etdiyini bilmirəm. Amma onun düzgün taktika tapacağına əminəm”.

Qeyd edək ki, bu gün “Groupama Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…