17 baxış
Bu yazını paylaşın
Dünya

Kremldən Ukraynanın Putinlə bağlı açıqlamasına – Reaksiya

25 May 2023

Kreml Ukrayna kəşfiyyatının ölkənin ilk hədəfinin Rusiya Prezidenti Vladimir Putin olması ilə bağlı açıqlamasına münasibət bildirib.

 

“Telejurnal” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

Peskov Ukrayna tərəfinin bu açıqlamasının terror xarakterli olmasını bildirib: “Terrorçu rejim özünün terror xarakterli niyyətlərindən danışır”.

 

O, bununla yanaşı Rusiya liderinin mühafizəsinin gücləndirilməsi ilə bağlı hər hansı tədbirlərin görülüb-görülməyəcəyindən də danışıb: “İnanın ki, təhlükəsizlik xidmətlərimiz öz işini və nə etdiklərini yaxşı bilirlər”.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski “Welt”ə müsahibəsində bildirib ki, Ukraynada məhv etmək istədikləri Rusiyanın yüksəkrütbəli məmurlarının şərti siyahısı var. Onun sözlərinə görə, siyahıya Vladimir Putin rəhbərlik edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…