178 baxış
Bu yazını paylaşın
Siyasi

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023

Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

TELEJURNAL  xəbər verir ki, bu Qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Bu Qanun kosmik fəaliyyətin subyektlərinə şamil olunur. Azərbaycanın hava məkanı daxilində kosmik obyektə münasibətdə Azərbaycanın müvafiq qanunları şamil edilir.

Ələt azad iqtisadi zonasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…

Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib

04 Avqust 2023
Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın…