272 baxış
Bu yazını paylaşın
İctimai

Koronavirusun yeni əlamətləri açıqlanıb

19 Avqust 2022

Koronavirusun yeni əlamətləri açıqlanıb.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə Rusiyanın tanınmış immunoloqu Vladimir Bolibok “Veçerney Moskve” nəşrinə açıqlamasında bildirib.

“Koronavirusun omikron ştamının bədəndə zəiflik əlaməti var. Həmin əlamət digər növ viruslarında baş vermir, buna görə də onu digər xəstəliklərlə ayırd etmək çətindir”, – o deyib.

Həkimin sözlərinə görə, ən çox rast gəlinən əlamətlər burun tutulması, baş ağrısı və göz bəbəklərində ağrı olub. Vladimir Bolibok qeyd edib ki, koronavirusa yoluxmadan sonra qoxu itkisinə indi nadir hallarda rast gəlinir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 590 659 276 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən ölənlərin sayı 6 440 163 nəfər təşkil edir.

Virusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya siyahıda ilk yeddiliyi bölüşür.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…