26 baxış
Bu yazını paylaşın
Dünya

Koronavirusa qarşı vaksinlərin əqli mülkiyyət hüququ qismən aradan qaldırılacaq

17 İyun 2022

Cenevrə, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 12-ci Nazirlər Konfransında koronavirusa qarşı vaksinlərin əqli mülkiyyət hüququndan istifadənin qismən aradan qaldırılmasına dair razılıq əldə edilib.

uzun müddətdən bəri ətrafında qızğın müzakirələrin getdiyi bu məsələ ilə bağlı üzv ölkələr yekdilliklə patent hüququnun dayandırılmasına tərəfdar olub. Bununla da dünyanın inkişaf etməkdə olan ölkələri COVID-19 xəstəliyinə qarşı peyvənd istehsalını həyata keçirə biləcəklər.

Konfransda eyni zamanda bir sıra digər razılaşmalar da əldə edilib. Onların arasında qanunsuz və qeyri-müntəzəm balıqçılığa qarşı mübarizəni ehtiva edən balıqçılıq haqqında saziş xüsusi önəm daşıyır. ÜTT baş direktoru Nqozi Okonyo-İveala bildirib ki, təşkilat tarixində uzun müddətdən bəri bu qədər multilateral nəticə əldə edilməyib. Qəbul olunmuş sənədlər paketi planetimizdə hamının həyatına öz müsbət təsirini göstərəcək. O, ÜTT-nin dövrümüzün çağırışlarına verdiyi reaksiyanı təqdir edib.

İyunun 12-də başlayan konfrans iyunun 17-dək davam edib. Konfransın müddətinin uzanması üzv ölkələr arasında fikir ayrılığı ilə bağlı olub, lakin yekun nəticədə konsensusun əldə edilməsi mümkün olub. Üzv dövlətlər ərzaq təminatına diqqəti artırmaq barədə razılığa gəliblər və beynəlxalq ticarətdə gömrük tətbiqini qadağan edən razılaşmanın müddətini uzadıblar.

Konfransda, həmçinin ÜTT strukturunun islahatına dair fəaliyyət proqramı qəbul olunub

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…