27 baxış
Bu yazını paylaşın
Dünya

Koreya Respublikasının əhalisi son 72 ildə ilk dəfə azalmağa başlayıb.

28 İyul 2022

2021-ci ildə Koreya Respublikasında əhalinin sayı 1949-cu ildən bəri ilk dəfə azalmağa başlayıb.

TELEJURNAL. az AZƏRTAC -a istinadla xəbər verir ki, ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi öncəki illə müqayisədə 0,2 faiz azalıb.

2021-ci il noyabrın 1-nə olan məlumata görə, Koreya Respublikasında 51,74 milyon əhali yaşayır ki, bu da 2020-ci illə müqayisədə təxminən 91 min nəfər azdır. Ölkədə təkcə vətəndaşların deyil, əcnəbilərin də sayı azalır – müvafiq olaraq 0,1 faiz (45 min nəfər) və 2,7 faiz (46 min nəfər). 2021-ci ildə əcnəbilərin sayı 1,65 milyon nəfər olub ki, bu da ölkə əhalisinin ümumi sayının təxminən 3,2 faizini təşkil edir.

Cənubi Koreyada əhalinin sayı ölkədə doğulan və ölən insanlar barədə məlumata görə hesablanır. Statistikaya ölkədə üç aydan çox yaşayan xarici vətəndaşlar da daxil edilir. Hazırda Cənubi Koreyada doğum səviyyəsi aşağı düşür və əhali qocalır. İqtisadi artımın səngiməsi, mənzil qiymətlərinin yüksək olması və ailəyə münasibətin dəyişməsi səbəbindən bir çox gənc ailə həyatı qurmaq və uşaq sahibi olmaq istəmir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…