56 baxış
Bu yazını paylaşın
Siyasi

Konsulluq ABŞ-da yaşayan soydaşlarımıza erməni təxribatları ilə bağlı müraciət etdi

05 Oktyabr 2020

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu mümkün erməni təxribatları ilə bağlı həmvətənlərimizə müraciət edib.

Müraciətdə deyilir:

“Əziz soydaşlar,

Silahlı qüvvələrimiz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməkdə davam edir. Bunu və yerli erməni radikalların mümkün təxribatlarını nəzərə alaraq, Qərbi ABŞ ştatlarında, xüsusilə Kaliforniyada yaşayan azərbaycanlılardan hər hansı küçə aksiyalarından kənar durmağı, Qarabağ həqiqətlərini digər müstəvilərdə, xüsusilə sosial şəbəkələr, siyasi xadimlər və media nümayəndələri ilə əlaqələrin qurulması vasitəsilə çatdırmağı xahiş edirik.

Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa office@azconsulatela.org elektron poçt ünvanı və ya 1 (310) 447-4616 qaynar xətti vasitəsilə dərhal məlumat verilməsini rica edirik.

Təşəkkür edirik!”

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…