33 baxış
Bu yazını paylaşın
Siyasi

Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasına dair layihə təsdiqlənib

14 İyul 2023

Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasına dair layihə III oxunuşda təsdiqlənib.

Telejurnal-ın  xəbərinə görə, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirməsi məqsədi ilə hazırlanıb.

Qanunun 11-ci maddəsinə təklif olunan dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını ehtiva edir.

32-ci və 34-cü maddələrdəki dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, 35-ci maddəyə təklif olunan dəyişiklik isə Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsini nəzərdə tutur.

Qeyd edək ki, qanunun hazırkı variantına əsasən Konstitusiyanın 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər.

Konstitusiyanın 126-cı maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…