31 baxış
Bu yazını paylaşın
Siyasi

Konqresmenlər Baydenin adının korrupsiyada hallanması ilə bağlı FTB-dən məlumat istəyiblər

04 May 2023

Senator Çak Qrassli (R-Ayova ştatı) və ABŞ Nümayəndələr Palatasının üzvü Ceyms Komer (R-Kentukki) Federal Təhlükəsizlik Bürorundan (FTB) Co Baydenin ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışdığı zaman və xarici vətəndaşla bağlı iddia edilən korrupsiya sxemi haqqında məlumat tələb ediblər.

TELEJURNAL  xəbər verir ki, bu barədə çərşənbə günü senatorun mətbuat xidməti məlumat yayıb.

“Biz inanırıq ki, FTB-nin ABŞ-ın hazırkı prezidentinə qarşı çox ciddi və təfərrüatlı ittihamları ehtiva edən məxfi olmayan daxili sənədi var. FTB-nin bu iddiaları yoxlamaq və ya əlavə araşdırma aparmaq üçün nə etdiyini bilmirik, hər halda qurumdan bununla bağlı açıqlama gözləyirik”, – Qrassli deyib.

Öz növbəsində konqresmen Komer “informator”dan alınan bəzi məlumatlara istinad edib: “O vaxtkı vitse-prezident Baydenin xarici vətəndaşın iştirakı ilə rüşvət alma sxemində iştirak etdiyinə dair narahatlıqlar var. Amerika xalqı bilməlidir ki, prezident Bayden şəxsinə pul qazanmaq üçün Amerika Birləşmiş Ştatlarının maraqlarını  satıb?”, – deyə o qeyd edib.

Qanunvericilər, FTB-dən tələb etdikləri sənədin “siyasi qərarlar üçün pul mübadiləsini təfərrüatlı şəkildə təsvir etdiyini” söyləyib. Komer və Qrassli məsələ ilə bağlı “həqiqəti öyrənəcəklərinə” söz verdilər.

ABŞ Konqresinin üzvləri FTB direktoru Kristofer Rey və baş prokuror Merrik Qarlanda göndərdikləri məktubda vəziyyəti açıqlayıblar.

Məktubda onlar Ədliyyə Nazirliyi və onun strukturuna daxil olan FTB-nin sənəddəki məlumatların düzgünlüyünü müəyyən etmək üçün “kifayət qədər məlumata” malik olduqlarını göstərirlər. Lakin onların fikrincə, şöbələr “siyasi qərəzlidir” və bu, onların qərar qəbul etmə prosesinə təsir edir. Buna görə də Konqres özü “bu departamentlərin təsiri olmadan məsələyə müstəqil və obyektiv baxış keçirəcək”, qanunvericilər söz veriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…