36 baxış
Bu yazını paylaşın
Dünya

Konqo ordusu Ruandanın hücumunu dəf edib

28 İyul 2023

Konqo Demokratik Respublikasının (KDR) ordusu Ruanda hərbçilərinin hücumunu dəf edib.

TELEJURNAL  xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Konqo Silahlı Qüvvələrinin komandanlığının bəyanatına istinadən məlumat yayıb.

Konqo ordusunun Şimali Kivu əyalətinin mərkəzi Qoma şəhərinin şimalında sərhədi keçən Ruanda bölmələrini dəf etdiyi bildirilir. Bəyanatda deyilir ki, Ruanda qoşunu “ölkəsinə qayıdıb” və indi Konqo hərbçiləri “təqib hüququndan istifadə etmək” niyyətindədirlər.

Agentliyin mənbələrinin verdiyi xəbərə görə, toqquşmalar zamanı Ruandanın 1 əsgəri həlak olub.

İki qonşu ölkə arasında münasibətlər 2021-ci ilin yanvarında, “23 Mart hərəkatı” üsyançı qruplaşmasının Konqonun şərqində aktiv döyüşlərə başladığı zaman kəskinləşib. Konqo hakimiyyəti Ruandanı üsyançıları dəstəkləməkdə ittiham edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…