27 baxış
Bu yazını paylaşın
İctimai

Konfrans Liqası: Azərbaycan təmsilçiləri cavab oyununa çıxırlar.

28 İyul 2022

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri – “Neftçi”, “Qəbələ” və “Zirə” də cavab oyunlarını keçirəcək.

Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan “Fehervar”ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. “Qırmızı-qaralar” ilk görüşdə 1:4 hesabı ilə uduzub.

“Neftçi” “Bakcell Arena”da Kipr “Aris”ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. “Ağ-qaralar” Larnakadakı ilk matçda məğlub olub – 0:2.

“Zirə” isə İsraildə “Makkabi” (Təl-Əviv) komandasının qonağı olacaq. “Blumfild” stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. “Qartallar” Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan)

Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)

Qəbələ şəhər stadionu

İlk oyun – 1:4

21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr)

Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)

Bakı, “Bakcell Arena”

İlk oyun – 0:2

21:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zirə” (Azərbaycan)

Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)

Təl-Əviv, “Blumfild” stadionu

İlk oyun – 3:0

Qeyd edək ki, “Qəbələ” – “Fehervar” cütünün III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün güclüsü, “Neftçi” – “Aris” cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, “Makkabi” – “Zirə” cütünün qalibi isə Yunanıstanın “Aris” (Saloniki) klubu ilə qarşılaşacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…