46 baxış
Bu yazını paylaşın
İdman

Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər

03 Avqust 2023

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

TELEJURNAL-ın  məlumatına görə, əvvəlcə meydana “Sabah” klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv “Bank Respublika Arena”da Ltaviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Neftçi” və “Qəbələ”nin oyunları isə eyni saatda – 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

“Qırmızı-qaralar” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub – 2:3.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust

20:00. “Sabah” (Azərbaycan) – RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun – 2:0
“Bank Respublika Arena”

21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun – 2:2
8-ci km stadionu

21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun – 3:2
Nikosiya, “GSP Arena”

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…